Rusiya Ukraynaya qarşı Şimali Koreyanın raketlərindən istifadə edir

2025/01/1737959001.jpg
Oxunub: 558     16:22     27 Yanvar 2025    
Ukrayna Rusiyanın Şimali Koreyadan aldığı KN-23 ballistik raketlərindən Ukraynaya qarşı hücumlarda istifadə etdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, Rusiya 2024-cü ildə Şimali Koreyadan 148 ədəd KN-23 ballistik raketi alıb.

Ukrayna Müdafiə Kəşfiyyatının rəhbəri general-leytenant Kirilo Budanov bu raketlərin Ukraynaya qarşı hücumlarda fəal istifadə edildiyini açıqlayıb.

Budanov açıqlamasında qeyd edib ki, Pxenyanın 2025-ci ildə Moskvaya daha 150 ədəd KN-23 ballistik raketi göndərəcəyi gözlənilir.

Rusiya bu raketləri Ukraynaya qarşı xüsusilə Kursk və Bryansk vilayətlərindən buraxır.

Bildirilib ki, Rusiya ordusu Şimali Koreya hərbi ekspertlərinin dəstəyi ilə bu taktiki raket sistemlərindən istifadə edib.

2024-cü ilin dekabrında Ukrayna Müdafiə Kəşfiyyatının nümayəndəsi Andriy Çerniak müsahibəsində Rusiyanın o vaxta qədər Ukraynaya qarşı 60-a yaxın KN-23 raketindən istifadə etdiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Şimali-Koreya  


Bizi "telegram"da izləyin