Suriyaya göndərilmiş erməni hərbçiləri ailələrindən pul istəyirlər – DETALLAR

2019/04/456-1554797086.jpg
Oxunub: 4948     15:56     09 Aprel 2019    
“Suriyaya göndərilmiş erməni hərbi heyəti ilə bağlı hər şeyin qaydasında olmadığı məlum olur. Onlar öz vəzifələrini düzgün şəkildə yerinə yetirirlər, dövlət isə yox”.

Ordu.az xəbər verir ki, Ermənistanın 168.jam qəzeti Suriyadakı erməni hərbi heyətinin fəaliyyət şərtlərinə dair yazı dərc edib.

Yazını olduğu kimi təqdim edirik:

“Onlar zirzəmidə yatırlar, şəraitləri yaxşı deyil. Bu başa düşüləndir. Onlar belə yerlərdə bombardman və hücumlara məruz qala bilərlər. Ancaq başa düşülməyən odur ki, qrupun maddi xərclərini onların ailə üzvləri ödəyirlər. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, qrupun nümayəndələri zəruri xərcləri üçün yaxınlarından pul istəyirlər. Məsələ odur ki, onlar xidmətini başa çatdırdıqdan sonra əmək haqqı almalıdırlar, buna qədər isə, təbii ki, pul zəruri olur. Qrupun üzvləri öz ailələrindən pul istəməyə məcburdurlar.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən şərh almaq üçün əlaqə yaratmaq istəsək də, lakin bizi müraciət üçün "Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi"nə yönləndirdilər. Müdafiə nazirinin müavini Qabriel Balayanın koordinasiyası altında fəaliyyət göstərən həmin idarədən bildirdilər ki, Suriyaya göndərilmiş hərbçilərə qarşı dövlətin verdiyi öhdəliklərin heç bir çatışmazlığı yoxdur.

“Yaşayış şərtlərinə gəldikdə isə deyək ki, qrup üzvlərinin hazırda yaşadığı yerlər onların daimi yaşayış yerləri hesab olunur, çünki onlar hələ Suriyada xidmətdədirlər. Yaşdıqları bina isə təmamilə yenilənmiş binadır, onlar üçün bütün normal yaşayış şəraitləri təmin olunub, zəruri problemləri həll olunub, heç nəyə ehtiyacları yoxdur, onların aşpazları da var və bu mənada onların ailə üzvləri narahatlıq içində olmamalıdır", - deyə adıçəkilən idarənin rəhbəri Ruben Arakelyan mətbuat xidmətinə cavabdeh olan Nazeli Elbakyanın qrup üzvlərinin zirzəmidə yatmaları barədən sualını şərh edərkən bildirib.

Bəs ailə üzvlərinin onlara pul göndərmələrinin nə ilə bağlı olduğu sualına cavab verərkən idarə yenə də yanlış məlumat verərək, heyət üçün hər ay pul təyin edildiyini və mütəmadi olaraq onların bank hesablarına köçürüldüyünü bildirib: “Suriyada bankomatlardan istifadə edilmə problemi var və təbii ki, erməni heyəti göndərilmədən əvvəl bu vəziyyəti nəzərə alıb. Yaxın aylarda yaşayış və digər xərclərinin mümkün qədər yaranmaması üçün onlara ilkin məbləğlər hələ fevral ayında paylanılıb. İstisna etmirik ki, birinci ay və bonusları tükənib, ancaq hərbçilər öz ödəniş məbləğlərini hər ay vaxtında alırlar. Və əgər onlar evə zəng edib pul istəyirlərsə, ola bilsin bankomatlardan nağd pul çəkmə problemi var, bəzi hallarda isə ola bilsin ki, onlar öz kartlarını yaxınlarına verib gediblər və bu kartlardan çıxarılan məbləğ görünür onların özlərinə göndərilir””.

Xatırladaq ki, fevralın 8-də mina təmizləyənlərdən, həkimlərdən və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı 83 nəfər olan heyət Suriya respublikasının Hələb şəhərinə yola düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ermənistan   Hərbi-heyət  


Bizi "telegram"da izləyin