Ordu birliyi tabeliyindəki hərbi hissələr arasında güləş birinciliyi keçirilib - FOTOLAR

2019/02/51727-7747720795.jpg
Oxunub: 598     15:22     07 Fevral 2019    
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə təşkil edilən birincilikdə 7 çəki dərəcəsi üzrə olan idmançılar öz güclərini sınayıblar.

Ordu.az xəbər verir ki, turnirin açılış mərasimində iştirak edən birlik komandiri, silahlı qüvvələrin general-mayoru Mais Bərxudarov bütün iştirakçılara uğurlar arzulayıb.

O, öz nitqində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını qurban verən insanlara və onların qohumlarına olan sonsuz ehtiramını dilə gətirib, həmçinin belə ailələrə bir başa ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin də xüsusi diqqəti və qayğı göstərdiyini vurğulayaraq, şəhid ailələrinə dövlət qayğısından geniş söhbət açıb.

Açılış mərasimindən sonra start götürən idman yarışları sağlam idman mübarizəsi çərçivəsində davam edib. Güləşin iki növü - sərbəst və klassik güləş növündə 50-dən çox idmançı öz silahdaşlarını tatami üzərinə idman sınağına çəkib. İki gün davam edən birincilikdə sona qədər tər tökən hərbçilər ordu birliyi tərəfindən təsis edilmiş diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ordu   Güləş  

Ordu birliyi tabeliyindəki hərbi hissələr arasında güləş birinciliyi keçirilib - FOTOLAR

2019/02/51727-7747720795.jpg
Oxunub: 599     15:22     07 Fevral 2019    