Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir

2019/02/31ae8-1549471317.jpg
Oxunub: 1270     20:41     06 Fevral 2019    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, kurslar hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətlərinin yüksəldilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi, daha müasir hərbi peşə vərdişlərinə yiyələnməsi məqsədilə həyata keçirilir.

Kursun sonunda hava hücumundan müdafiə, artilleriya, maddi-texniki təminat, kəşfiyyat, rabitə, mühəndis-istehkam, topoqrafiya, şəxsi heyətlə iş üzrə yekun imtahanlarını müvəffəqiyyətlə verəcək hərbi qulluqçulara sertifikatlar təqdim olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ordu   Təlim  

Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir

2019/02/31ae8-1549471317.jpg
Oxunub: 1271     20:41     06 Fevral 2019    