DSX-nin mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, yanvarın 6-da saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəymiş və kabinasının sağ şüşəsini sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ordu.az