DSX-nin mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, görüşdə Аzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti siyasət sayəsində qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olmasını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Ordu.az