DSX rəisi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunları ilə görüşüb – FOTOLAR

2018/07/15_22986231465.jpg
Oxunub: 1329     10:50     24 İyul 2018    
2018-ci ilin 21-22 iyul tarixlərində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunlarının buraxılışlarının 30 illiyi münasibətilə görüş keçirilib. Görüşdə məktəbi bitirmiş müxtəlif ölkələrin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir iştirakçıları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi orkestrin müşayiəti ilə təntənəli surətdə qarşılanmış və iki dəfə So¬vet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önünə güllər qoyublar. Məzunlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ərazisindəki hərbi tədris və yaşayış obyektlərinə, atəş və taktiki şəhərciklərə baxış keçiriblər. Bundan sonra tədbir iştirakçıları “Üçtəpə” təlim mərkəzinə səfər etmiş, burada yaradılmış xidməti şərait və maddi-texniki baza ilə tanış olublar.

Həmin gün tədbir iştirakçıları üçün verilmiş rəsmi ziyafətdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib. Məzunların görüşünə toplaşanları səmimi salamlayan general-polkovnik Elçin Quliyev məzun olmalarının 30 illiyi münasibətilə kursant yoldaşlarını təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sonra çıxış edənlər Bakıda hərbi məktəbdə təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşüblər. Xatirələr sırasında 1987-ci ildə SSRİ Müdafiə Nazirliyindən göndərilmiş xüsusi inspeksiya tərəfindən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bağlanılması və kursantların başqa hərbi məktəblərə köçürülməsi barədə rəy verilməsi, bununla əlaqədar hərbi məktəbin şəxsi heyəti, o cümlədən də kursantları tərəfindən müxtəlif instansiyalar qarşısında etiraz səslərini ucaltmaq cəhdlərinin nəticəsiz qalması, respublikanın həmin dövrdəki rəhbərliyinin hərbi məktəbi qorumaq iqtidarında olmaması və yalnız o zaman SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Ulu Öndər Heydər Əliyevin bu məsələyə müdaxiləsi sayəsində həmin qərarın qarşısının alınması mühüm yer tutmuşdur. Bu hadisələri xatırlayan məzunlar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bitirərək ilk zabit hərbi rütbələrini ala bilmələrinə görə Dahi Öndər Heydər Əliyevə minnətdar olmalarını xüsusi vurğulamış və onun uca xatirəsini böyük ehtiramla yad ediblər.

MDB üzv ölkələrinin hərbi struktur qurumlarında uzun müddət xid mət edərək böyük hərbi təcrübə qazanmış, bir qismi artıq təqaüddə olan məzunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir səviyyəsi və döyüş qabiliyyəti haqqında təssüratları ilə bölüşmüş, yüksək döyüş imkanlarına malik hərbi potensialın qısa müddət ərzində formalaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin xidmətlərini xüsusi qeyd ediblər.

Tədbirdə məktəb məzunlarının xidmət yolundan bəhs edən qısa-metrajlı film nümayiş etdirilmiş, hər bir tədbir iştirakçısına “Buraxılışın 30 illiyi” xatirə medalı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Tədbir musiqili proqram ilə davam edib.

İyul ayının 22-də tədbir iştirakçıları üçün Quba rayonunda istirahət proqramı təşkil olunub.

Ordu.az

Foto

Teqlər: DSX   Məzun  

Xəbər lenti

DSX rəisi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunları ilə görüşüb – FOTOLAR

2018/07/15_22986231465.jpg
Oxunub: 1330     10:50     24 İyul 2018    