“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub – FOTOLAR

2018/07/1_1532067572.jpg
Oxunub: 789     10:16     20 İyul 2018    
2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşər¬gəsi təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastava-sına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edib.

Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunub, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Dövlət Sərhəd Xidmətinin xidməti döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.

Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub.

İyul ayının 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanıb.

Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılıb, məktəblilərə xatirə hədiyyələri təqdim edilib.

Ordu.az

Foto

Teqlər: DSX   Düşərgə  

Xəbər lenti

“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub – FOTOLAR

2018/07/1_1532067572.jpg
Oxunub: 790     10:16     20 İyul 2018    