Azərbaycan İsraildən uzaq mənzilli ballistik raket aldı – LORA

2018/06/2_3057427902.jpg
Oxunub: 4114     18:41     11 İyun 2018    
Azərbaycan İsrail Aerokosmik Sənayesi şirkətindən “LORA” (Long-Range Artillery Missile) əməliyyat-taktiki raket kompleksi alıb.

Ordu.az-ın məlumatına görə, LORA İsraildə təkmilləşdirilən taktiki raketdir. O ilk dəfə 2003-cü ildə elan edilib, 2006 “Eurosatory” sərgisində ilk dəfə üzə çıxarılıb, 2007-ci ildə isə Paris Aviaşousunda ilk dəfə nümayiş etdirilib.


Bu silah uzaq mənzilli kvaziballistik raket sistemidir. Raket hədəfə doğru ballistik trayektoriyanı izləyir, lakin izləmə və yaxud raket zərərsizləşdirmə prosesində qarışıq, proqramlaşdırılmış manevrlər həyata keçirir. Əslində bu, yeni konsepsiya deyil və daha öncə “Toçka” (SS-21 Scrab), MGM-140 ATACMS, DF-21D və digər çoxsaylı raketlərdə istifadə olunub.

LORA-nın idarəetmə sistemi GPS yardımlı daxili naviqasiya sistemidir. O, həm də terminal mərhələ zamanı TV bələdçiliyi ilə operatorun seçdiyi hədəfə doğru birbaşa yönələ bilər. Məlumata görə, o çox yüksək dəqiqliyə sahibdir – 10 m/CEP.

LORA qutu formalı 4 hücrəli atıcıdan atılır. O, vasitənin üzərinə yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektrikdir və hidravlik deyil. Atıcı 0 dərəcədə daşınan pozisiyada dayanır və raketlər 60-90 dərəcə bucaq altında atıla bilər. Burada KamAZ-6350 8x8 ağır yük maşının üzərinə quraşdırılmış LORA atıcısı barədə məlumatlar göstərilib. LORA həm də döyüş gəmilərindən şaquli vəziyyətdə qurudakı uzaq hədəfləri vurarkən də nümayiş etdirilib.


LORA maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir.

İki döyüş başlığı uyğundur: ümumi məqsədli 440 kiloqram ağırlıqlı və daha sərt hədəfləri dağıtmaq üçün istifadə olunan 600 kiloqram ağırlıqlı dəlici başlıq. Daha böyük döyüş başlıqlı LORA-ların mənzili 250 kilometrdən az olur.

Dizaynı ilə LORA təmir zəruriyyətinin üzə çıxmasından öncə davamlı olaraq 7 ilə qədər öz atıcı konteynerinin içində saxlana bilər.

Müxtəlif mənbələr İsrail Müdafiə Qüvvələrinin LORA-ları yerləşdirib yerləşdirmədiklərinə dair mübahisə edirlər. Bəzi mənbələr bildirir ki, LORA İMQ-nin xidmətinə 2007-ci ildə daxil edilib, lakin bu, bir sıra mənbələr tərəfindən təsdiqlənmir. Əksinə olaraq digər mənbələr bildirir ki, İMQ LORA proqramını 2008-ci ildə dayandırıb. Belə ki, İsrail Hərbi Hava Qüvvələri hökuməti öz təyyarələrinin LORA-nın Quru Qoşunları üçün təmin etdiyindən daha yaxşı, uzaq mənzilli hücum qabiliyyəti təmin etdiyinə inandırıb.


Bəzi mənbələrə görə, Hindistan Quru Qoşunlarının LORA-ya maraqlı olduğunu ifadə etdiyini bildirib, lakin o, 500 kilometr mənzilə sahib versiyasını tələb edib. Lakin LORA-nın bu mənzilə nail olması üçün tamamilə modifikasiya edilməli olması və bəzi beynəlxalq müqavilələrin həmin mənzilə sahib ballistik raketlərin yayılmasını qadağan etməsi problem yaradıb. Bəzi mənbələr isə Hindistanın artıq LORA-nı aldığını iddia etsə də, bu məlumat da təsdiqlənməyib.

İsrail Aerokosmik Sənayesi LORA-nı bazara çıxarmağa davam edir. Bu raketlərdən neçə ədəd istehsal olunması, yaxud nə qədər xarici sifariş qəbul olunmasına dair məlumat yoxdur. Bir dəstinin qiyməti rəsmi olaraq açıqlanmayıb. LORA-nin iki əsas raket növündən başqa bilinən versiyası yoxdur.

Ağalar Ağalarlı
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LORA   İsrail-Azərbaycan  


Bizi "telegram"da izləyin