“Huntington Ingalls Industries” ABŞ HDQ üçün yeni gəminin tikintisinə başlayıb

2018/05/received_1176814925794787_1526664550.jpeg
Oxunub: 2600     01:30     19 May 2018    
ABŞ-ın “Huntington Ingalls Industries” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni gəminin tikintisinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Huntington Ingalls Industries” şirkəti məlumat yayıb.

Məlumata görə, şirkətin tərkibinə daxil olan “Ingalls Shipbuilding”də gəmi üçün 100 ton dəmirin kəsilməsi mərasimi baş tutub.

“Arli Berk” sindinə daxil olan gəmi DDG-125 “Cek Lukas” adlanacaq. Gəminin donanmanın heyətinə nə vaxt daxil olacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Huntington-Ingalls-Industries  


Bizi "telegram"da izləyin