Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, hökumətə yaxın mənbə NATO-nun iyuldakı sammitində Britaniya Baş naziri Tereza Meyin məsələ ilə bağlı planları elan edə biləcəyini bildirib.
Məlumata görə, bu məqsədlə krallıq Əfqanıstana 400 əsgər göndərəcək.
Qeyd edək ki, 11-12 iyul tarixlərində baş tutacaq sammitə Trampın da qatılması gözlənilir. Britaniya və digər avropalı NATO üzvləri Trampın bu sammitdə NATO-dan çıxma təhdidi ilə qorxudacağından narahatdır.
Belə ki, o, NATO üzvlərinin müdafiə xərclərini ÜDM-nin 2%-ə çatdırmasını tələb etsə də, hələlik bunu Britaniya da daxil olmaqla sadəcə beş dövlət qarşılaya bilib.
Ağalar Ağalarlı
Ordu.az