Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Slovakiya prezidenti Andrej Kiska bildirib.
Qlobal təhlükəsizlik üzrə beynəlxalq konfransda iştirak edən Kiska Mərkəzi Avropada bəzi risklərin mövcudluğunu qeyd edərək, belə bir vaxtda Avropanın güclənməsi və daha sıx birləşməsinə ehtiyac olduğunu bildirib.
O, bu mənada Rusiyadan Almaniyaya çəkilməsi planlaşdırılan “Şimal Axını 2” boru kəmərini tənqid edib.
Kiska, avropalı və transatlantik kimliyə zərbə endirən və propaqandaya dəstək verən məsələlərlə əlaqəli regiondan qarışıq mesajlar ötürüldüyünü vurğulayıb və müttəfiqlərlə birlik nümayiş etdirməyin vaxtı olduğunu dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az