Rusiya və Misir hərbi əməkdaşlığı genişləndirir

2018/05/456456_1526647941.jpg
Oxunub: 1004     19:03     18 May 2018    
Rusiya Müdafiə naziri general Sergey Şoyqu Misir Müdafiə naziri general-polkovnik Sidqi Sübhi ilə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə tərəflər qarşılıq hərbi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.

“Biz hərbi sferada genişlənən əməkdaşlığın inkişafında stabilliyin olduğunu müşahidə edirik. Misirin öz silahlı qüvvələrini Rusiya istehsalı müasir silah və hərbi texnika ilə təchiz etmə istəyini yüksək qiymətləndiririk”, - deyə Şoyqu bildirib.

O, Rusiyanın da rəsmi Qahirə ilə regional təhlükəsizlik və stabilliyin saxlanmasında maraqlı olduğunu dilə gətirib.

Öz növbəsində Sidqi Sübhi hərbi əməkdaşlığın bütün sahələrində daha böyük nailiyyətlərə və iki ölkənin silahlı qüvvələrinin birgə təlimlərinin keçirilməsinə ümid etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya-Misir   Hərbi-əməkdaşlıq  

Rusiya və Misir hərbi əməkdaşlığı genişləndirir

2018/05/456456_1526647941.jpg
Oxunub: 1005     19:03     18 May 2018    