NI: Rusiya Suriyada haqlı idi

2018/05/234234_1526646989.jpg
Oxunub: 954     16:34     18 May 2018    
Əgər Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edən ABŞ və digər ölkələri Suriya xalqının taleyi narahat edirsə, onlar ölkə prezidenti Bəşər Əsəd və onun xarici müttəfiqləri ilə bilavasitə əlaqəyə daxil olmalıdırlar.

Ordu.az xəbər verir ki, bu barəd Con Müller “The National Interest” nəşrindəki məqaləsində açıqlayıb.

Müəllifin fikrincə, bu addım Suriya müxalifətinə göstərilən dəstəyi dayandırmağı tələb edəcək, lakin rəsmi Dəməşqlə silahlı müxalifətindən əziyyət çəkən məhz Suriya xalqıdır. Həmçinin Əsədin hakimiyyətdən getməsi barədə tələblər də əsassızdır, bu, Rusiyanın mahiyyət etibarilə münaqişənin əvvəlindən haqlı olduğunu göstərir.

Müxalifətin və onu dəstəkləyən Qərbin tələbi “Əsəd getməlidir” ifadəsində cəmlənirdi. Suriya qiyamçılarını silahla təchiz etməklə Qərb ölkələri münaqişəni daha da qızışdırdılar. Maliyyə və hərbi yardım müxalifəti terrorçulara çevirdi.

Pentaqon İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də hazırlıq düşərgələrinin yaradılması, burada “müxalifətçilərin” yaradılaraq Suriyaya göndərilməsinə 500 milyon dollar ayırıb. Bu düşərgələr vasitəsilə minlərlə döyüşçünün hazırlanaraq Suriyaya göndərilməsi həyata keçirilib.

Müəllif qeyd edir ki, ABŞ və müttəfiqlərinin Suriyadakı fəaliyyəti aydın şəkildə Rusiyanın Suriyadakı mövqeyinin daha düzgün olduğunu sübut edir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya-Suriya   ABŞ  

Xəbər lenti

NI: Rusiya Suriyada haqlı idi

2018/05/234234_1526646989.jpg
Oxunub: 955     16:34     18 May 2018    