Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb.
Məlumata görə, Hindistan baş naziri Narendr Modi Rusiya prezidenti Vladimir Putinlə Amerikanın Dehliyə Moskvadan silah alınması ilə bağlı təzyiq göstərməsini müzakirə edəcək.
Söhbət CAATSA adlandırılan və ABŞ sanksiyalarının tətbiq edildiyi, lakin buna baxmayaraq Hindistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirməsi məsələsindən gedir.
Modi açıqlamasında qeyd edib ki, Rusiya müdafiə sahəsində etibarlı müttəfiqdir və bu fakt Hindistan üçün yetərlidir, bu səbəbdən Vaşinqtonun təqyiqinə baxmayaraq Moskva ilə əməkdaşlıq davam etdiriləcək.
Ağalar Qəribov
Ordu.az