Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri “Cerald Ford”un təmiri üçün daha 120 milyon dollar xərcləyəcək. Beləliklə, gəminin təmiri 13,03 milyard dollaradək artır.
Qeyd edək ki, aprel ayında “Huntingtpm Ingalls Industries” şirkəti “Cerald Ford”un təmiri üçün müqavilə imzalayarkən prosesin qiyməti 55,8 milyon dollar təşkil edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, gəminin təmirinin qiymətinin artması təcrübi istifadə prosesində ortaya çıxan çatışmazlıqlarla əlaqədardır.
Ağalar Qəribov
Ordu.az