Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda vurğulanır.
“Suriya xalqına Əsəd və onun iranlı, rusiyalı müttəfiqləri tərəfindən verilən ağrılar iyrəncdir. Rusiya bu məsələdə daha çox günahkardır. 2013-cü ildə Suriyada kimyəvi silah ehtiyatlarını məhv etmək barədə bəyanat verən Moskva nəticə etibarilə ölkədə kimyəvi silahının tətbiqinə görə bilavasitə cavabdehdir”, - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının irəli sürdüyü faktlar da göstərir ki, fevralın 4-də əl-Təlildə tətbiq edilən kimyəvi silah Əsəd ordusu tərəfindən tətbiq edilən kimyəvi silah hücumu ilə oxşar xüsusiyyətlərə malikdir.
Ağalar Qəribov
Ordu.az