Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə gəminin tikintisinin həyata keçirildiyi “Pella” Leninqrad Gəmiqayırma Zavodu məlumat yayıb.
Məlumata görə, Rusiya Hərbi Dəniz Donanması üçün nəzərdə tutulan gəminin gediş sınaqları Baltik dənizində həyata keçirilir.
Gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinin heyətində 21631 layihəsinin gəmisini əvəz edəcək. Artıq məlum olduğu kimi, “Pella” zavodunda 18 ədəd kiçik raket gəmisinin tikintisi həyata keçiriləcək.
Ağalar Qəribov
Ordu.az