Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər görüşdə regional təhlükəsizlik və qarşılıqlı müdafiə əməkdaşlığını müzakirə ediblər.
Çinli general Pakistan və Çinin təhlükəsizlik üzrə əməkdaşlığına toxunaraq, bu ölkələrin yaxın qardaşlar və strateji partnyorlar olduğunu bildirib.
O, Çinin Pakistan ordusunun terrorizmlə mübarizədə və Çin-Pakistan iqtisadi dəhlizinin mühafizəsində göstərdiyi səyləri və nailiyyətləri yüksək qiymətləndirib.
Hər iki lider ikitərəfli müdafiə əməkdaşlığının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
Ağalar Ağalarlı
Ordu.az