Ordu.az “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi səfiri Kurt Volker bəyan edib.
“ABŞ-ın Ukraynanın təchiz etdiyi “Javelin” tank əleyhinə raket kompleksləri Donbasda sülhə səbəb olacaq. Əgər Ukrayna öz mövqelərini əldə saxlaya bilməsə, bu, yeni hücumlar üçün dəvət olacaq. Belə bir silahın təchizatı isə qarşı tərəfə ismarıcdır”, - deyə Volker bildirib.
O qeyd edib ki, Donbasda sülhməramlıların peyda olması da bu problemin həllində mühüm addım ola bilər.
Ağalar Qəribov
Ordu.az