ABŞ 15 ildə terrorizmlə mübarizəyə 2,8 trilyon dollar xərcləyib - HESABAT

2018/05/435_1526551848.jpg
Oxunub: 361     14:09     17 May 2018    
ABŞ 2002-2017-ci maliyyə illəri çərçivəsində terrorizmlə mübarizəyə 2,8 trilyon dollar vəsait xərcləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Henri Stimson adına Mərkəzinin hesabatında bildirilir.

Mərkəzin ekspertlərin analiz zamanı Amerikanın terrorizmlə həm ölkə ərazisi, həm də ondan xaricdə mübarizə aparan bütün qurumları, o cümlədən Pentaqon, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin xərclərini nəzərə alıb. ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlara xərclədiyi pullar qeyd edilən məbləğin çox böyük hissəsini təşkil edir.

Pentaqon 2,8 trilyon dolların 60 faizini xərcləyib. ABŞ müdafiə qurumunun payına 1,7 trilyon dollar düşür. Daxili Təhlükəsizlik Nazirliyinin bu sahə üzrə xərcləri 979 milyard dollar təşkil edir ki, bu da ümumi göstəricinin 35 faizi deməkdir. Daha 5 faiz (138 miyard dollar) isə Dövlət Departamentinin payına düşür.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Terror  

Xəbər lenti

ABŞ 15 ildə terrorizmlə mübarizəyə 2,8 trilyon dollar xərcləyib - HESABAT

2018/05/435_1526551848.jpg
Oxunub: 364     14:09     17 May 2018    