Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Qırıcılarımız cavab atəşi qismində Qəzza bölkəsinin şimal hissəsində HƏMAS terrorçularının hədəflərinə zərbələr endirib. Zərbə endirilən hədəflərdən 4-ü HƏMAS-ın hərbi kompleksinə aiddir”, - deyə məlumatda bildirilir.
O cümlədən qeyd edilir ki, HƏMAS-ın silah istehsal edən daha 3 obyekti də zərbələrə tuş gəlib.
Ağalar Qəribov
Ordu.az