Ordu.az "Agence France Presse" nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.
"Son dövrlərdə baş verənlərin göstərdiyi kimi, KXDR-lə situasiyada eniş və yüksəlişlər ola bilər, lakin buna baxmayaraq açar məsələdən - nüvəsizləşmədən imtina etmək olmaz", - Le Drian bildirib.
O qeyd edib ki, hazırkı vəziyyətdə əsas məqsəd Koreya yarımadasının tam nüvəsizləşməsinə nail olmaqdır.
Ağalar Qəribov
Ordu.az