Rusiya əsgərləri Suriya sahillərində lüks həyat yaşayırlar

2018/05/32824872_2540232466202906_5699928150234890240_n_1526494905.jpg
Oxunub: 628     22:23     16 May 2018    
Tartus, Latakiya cə Cəbləni birləşdirən yollarda, marketlərdə və dəniz sahilində Rusiya əsgərlərini görmək yerli sakinlər üçün adi hal alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar hökumətə sadiq qruplar tərəfindən xoş qarşılanırlar.

Suriya televiziyasına danışan Firas Hamud bildirib ki, Latakiyadakı Rusiya əsgərləri şəhərin ən gözəl hissələrində yaşayırlar. Onların yerləşdikləri binalarda əvvəllər sadəcə Suriya zabitləri qalırmış.

“Onlar marketə, restorana, mağazalara gedir və küçədə silahsız gəzirlər. Rejim tərəfdaşları onları xoş qarşılayır”, - deyə Hamud qeyd edib.

Rusiya əsgərlərinin bölgədə olması xüsusilə ticarətçilərə sərf edir. Çünki onların mövcudluğu həm də yeni iş imkanları mənasına gəlir və eyni zamanda əhalinin alıcıq qabiliyyətini artırır.

Latakiya və Tartusdakı gənc yerli qadınların əksəriyyəti Rusiya əsgərləri ilə evlənməyi arzulayır. Çünki, bu qadınlar rusların onlar üçün daha yaxşı həyat təmin edə biləcəyini düşünür. Qadınlar gözəl görünməyə və iş vaxtı bitdikdən sonra restoranlara axın edən əsgərlərə yaxınlıq əldə edərək sevgilərini qazanmağa çalışırlar. Hətta əsgərlərlə qadınlar arasında bir çox yaxınlıq və dostluq əlaqəsi olsa da, bunlar əsasən dostluq səviyyəsində qalır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Suriya   Latakiya  

Xəbər lenti

Rusiya əsgərləri Suriya sahillərində lüks həyat yaşayırlar

2018/05/32824872_2540232466202906_5699928150234890240_n_1526494905.jpg
Oxunub: 631     22:23     16 May 2018    