Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.
“Almaniya keçmişdə müdafiəyə indiki göstəricidən – ÜDM-in 1,2 faizindən dəfələrlə daha çox ayırırdı. Yenidən bu tendensiyaya qayıtmaq bizim üçün prioritetdir”, - deyə Merkel bildirib.
Almaniya müdafiə naziri Ursula fon der Leyen isə açıqlama verərək müdafiə xərclərinin 2019-cu ildə 1,3 faiz, 2025-ci ildə isə artıq 1,5 faizədək artırılacağını vurğulayıb.
Ağalar Qəribov
Ordu.az