Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Prezidenti Soçidə işləməyə davam edir, bu gün müdafiə sənayesi kompleksinin inkişafı məsələləri üzrə növbəti iclas keçiriləcək. İclasında əsas müzakirə mövzusu müdafiə sahəsində dövlət sifarişlərinin yerinə yetirilməsi olacaq”, - deyə Peskov bildirib.
O qeyd edib ki, Rusiya prezidenti həmçinin Hərbi Dəniz Donanmasının inkişafı məsələlərini də müzakirə edəcək.
Ağalar Qəribov
Ordu.az