Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər Pxenyanın Amerika-Cənubi Koreya birgə manevrləri ilə əlaqədar olaraq atdıqları addımlara dair fikir mübadiləsi həyata keçiriblər. O cümlədən narahatlıq doğuran bir sıra digər məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Kan Qyon Hva Pompeonu Seulun dialoqdan imtina edilməsinə dair mövqeyini ifadə edib və bildirib ki, Cənubi Koreya aprelin 27-də imzalanan Pxanmundcom bəyannaməsinə sadiqdir.
Pompeo isə öz növbəsində ABŞ və Şimali Koreya liderlərinin görüşünə hazırlığın davam etdiriləcəyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az