Suriya ordusu Həcr əl-Əsvadı terroruçlardan azad edib

2018/05/Suriya-ordusu_1526454589.jpeg
Oxunub: 1649     15:07     16 May 2018    
Suriya ordusunun döyüşçüləri Dəməşqin cənubunda yerləşən Həcr əl-Əsvad yaşayış məntəqəsini İŞİD terror qruplaşmasından azad edib.

Ordu.az “Al Watan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, Suriya ordusu keçirilən növbəti əməliyyat çərçivəsində terrorçuların komanda məntəqəsinin yerləşdiyi əl-Cəzirə məhəlləsini də İŞİD-dən azad etməyə müəssər olub.

Hazırda Dəməşqin cənub-qərbində - qaçqınların “Yarmuk” düşərgəsinin yaxınlığında döyüşlər davam edir. O cümlədən düşərgənin daxilində də İŞİD-lə döyüşlər gedir.

Döyüşlərdən birinin gedişində Fələstinin “Liva əl-Qüds” briqdasının komandiri Tahir Əbu Dərviş həlak olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin