KXDR Vaşinqtonun təzyiqinə görə ABŞ-la sammitdən imtina edə bilər

2018/05/12312312_1526456889.jpg
Oxunub: 1886     14:11     16 May 2018    
“KXDR ABŞ-la sammit barədə razılığa yenidən nəzər sala və hətta imtina edə bilər”.

Ordu.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin birinci müavini Kim Ge Qvan bəyan edib.

“Əgər ABŞ prezidentinin administrasiyası Koreya-Amerika münasibətlərinin yaxşılaşmasında maraqlıdırsa, biz sammitə müsbət cavab verəcəyik. Lakin bizdən danışıqlarda birtərəfli qaydada nüvə silahından imtinanı tələb edən tərəflə danışıqlarda maraqlı deyilik”, - deyə Qvan bildirib.

O qeyd edib ki, KXDR son qərarı verməzdən öncə ABŞ-ın son nümayiş etdirəcəyi mövqeni nəzərə alacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin