Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.
Onun sözlərinə görə, tərəflər Birləşmiş Ştatların müavilədən çıxmaq qərarına baxmayaraq müqavilə ilə üzərlərinə düşən mükəlləfiyyətləri yerinə yetirəcəklər.
“Biz müqavilənin bərpa edilməsi barədə qarşılıqlı şəkildə anlaşdıq və gəldiyimiz ortaq məxrəc müqavilənin mümkün qədər qısa müddətdə bərpa edilməsindən ibarətdir”, - deyə Mogerini bildirib.
Ağalar Qəribov
Ordu.az