Yaponiya: ABŞ və Cənubi Koreya hərbi təlimləri vacib çəkindirici vasitədir

2018/05/234234_1526448229.jpg
Oxunub: 3062     13:22     16 May 2018    
“ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi hərbi təlimlər vacib çəkindirici vasitədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Yautosi Nisimura bəyan edib.

“Amerika-Cənubi Koreya və Yaponiya-Amerika birgə hərbi təlimləri çox mühüm çəkindirici qüvvədir. Şimali Koreyanın Seulla danışıqlardan imtina etməsi və ABŞ-la sammitin təhlükə altında qalması bunu dəyişdirmir”, - deyə Nisimura bildirib.

O qeyd edib ki, Cənubi Koreyanın ABŞ-la birgə təlimlərində yüzlərlə təyyarə və ilk dəfə Şimali Koreya ərazisində nüvə və raket obyektlərinə zərbə endirməyə qadir 8 ədəd “gözəgörünməz” F-22 qırıcıları iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya-ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin