KXDR rəhbərliyi Cənubi Koreya ilə danışıqlardan imtina etdi

2018/05/324234_1526447682.jpg
Oxunub: 4383     13:10     16 May 2018    
KXDR rəhbərliyi Cənubi Koreya ilə yüksək səviyyədə danışıqlardan imtina edib.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, buna səbəb olaraq Cənubi Koreyanın ABŞ-la birgə keçirdiyi hərbi təlimlər göstərilir.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə manevrlərini möhkəmlənən Koreyaarası münasibətlər fonunda provokasiya adlandırıb.

Qeyd edək ki, bu gün KXDR və Cənubi Koreya arasında yüksək səviyyədə görüşlərin keçirilməsi nəzərdə tutulurdu.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Hərbi-təlimlər  


Bizi "telegram"da izləyin