Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyədə yaşayan suriyalılar bildirib.
“Mən Türkiyədə metroya daxil olarkən, polis məni dayandırdı. Onlara Türkiyə pasportumu göstərəndə, polis hərbi xidmətə getmədiyimi gördü və nəticədə mən hərbi xidmət çağırış komissiyasına bununla bağlı məlumat verəcəyimə dair sənəd imzaladım”, - deyə Yusif Müvəffəq qeyd edib.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, 21 yaşını doldurmuş hər kəs 12 aylıq hərbi xidmətə yollanmalıdır.
Türkiyə Miqrasiya İdarəsinin bu aya olan statistikasına görə, hazırda Türkiyədə 19-24 yaş arası 584 min 412 nəfər suriyalı yaşayır.
Ağalar Ağalarlı
Ordu.az