Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel səsləndirib.
“Biz bölgədəki səylərimizlə fəxr etməliyik. Biz qalırıq. Bəli qərar verilib. Bunun üçün çətin siyasi mübarizə aparmışam. Əfqanıstandan qoşunlarımızı çəkmək niyyətimiz yoxdur”, - deyə Merkel qeyd edib.
O, bölgədə uğurun əldə edilməsinin Birləşmiş Ştatlarsız mümkün olmadığını vurğulayıb və NATO-nun 2%-lik müdafiə büdcəsi tələbini qarşılamağın vacib olduğunu əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az