Suriyada "Buk" və "Pantsir" ZRTK-nin məhvində günahkar kimdir? – ANALİZ

2018/05/6_1526301593.jpg
Oxunub: 3049     20:26     14 May 2018    
Hava Hücumundan Müdafiə sistemləri düzgün müdafiə olunmadıqda rəqib hücumlarına daha həssas olur. Buna sübut kimi 2018-ci ilin may ayının 10-da İsrail ordusunun Suriya ərazisinə endirdiyi raket zərbələri zamanı Rusiya istehsalı olan "Pantsir S-1" ZRTK kompleksinin məhv edilməsini göstərmək olar.

Təbii ki, bu hadisə dünyanın böyük silah ixracatçısı olan Rusiyanın nüfuzunu ciddi şəkildə zədələdi. Hücumdan bir neçə saat əvvəl İsrail prezidentinin Moskvada Rusiyalı həmkarı ilə 9 May Qələbə Paradında iştirak etməsi də hadisələrə müəyyən rəng əlavə etdi. Son dərəcə müasir və effektiv ZRK kimi təqdim edilən komplekslərin 3-cü nəsil TƏİRK hesab edilən "Spike" NLOS raketi ilə məhv edilməsi ciddi sualların ortaya çıxmasına səbəb olub. Bu suallara cavab tapmaq vacibdir. Digər tərəfdən bizim ordumuzun da istifadəsində hər iki oxşar sistemlərin yer alması baxımından, mövzu daha çox aktualıq qazanır. Bu niyə baş verdi? Belə bir hadisənin baş verməsindən qaçmaq mümkün idimi? Hava Hücumundan Müdafiə sisteminin bu səhvləri təkrar etməməsi və bir daha meydana gəlməməsi üçün HHM-in təşkilində rəhbərlik tərəfindən hansı addımlar atılmalıdır?

İsraildən başqa digər ölkələrin KİV-ləri də "Pantsir S-1" ZRK-nın məhv edilməsindən bəhs edir. Lakin İsrail Ordusunun mətbuat xidməti Suriyada İsrail hərbi hava qüvvələri tərəfindən İran qüvvələrinə qarşı keçirdikləri hava hücumu zamanı 30-a qədər hədəfin, o cümlədən "Buk-M1-2", S-200 və S-75 ZRK komplekslərinin məhv edildiyini, həmçinin "Spike" NLOS raketi ilə "Pantsir S-1" ZRTK-nin məhv edilməsi kadrlarını yayımlayıb. Hücum İran tərəfindən İsrailın Colan yüksəkliklərindəki ərazisinə atılan 20 ədəd raket hücumuna cavab olaraq həyata keçirilib. İranın 20 raketindən 4 ədədi İsrail RƏM qüvvələri tərəfindən məhv edilib. 16 raket isə Suriya ərazisinə düşüb. Cavab zərbəsi İsrailin son 40 ildə həyata keçirdiyi ən irimiqyaslı və ən müvəffəqiyyətli əməliyyat hesab olunur. 30-a yaxın hədəf 28 qırıcıdan atılan 70 raketlə məhv edilib. Məhv edilən hədəflər arasında HHM kompleksləri üstünlük təşkil edib ki, bu da son illərdə baş verən NATO əməliyyatlarının standart ssenarisi hesab olunur.

Rusiyanın ZRK-ları arasında öz sinfinin ən son və ən səmərəli kompleksi kimi təqdim edilən "Pantsir S-1" ZRTK-nin 40 ədədini Suriya Ordusuna təhvil verdikdən sonra, bu ilin aprel ayında ABŞ raket hücumunu dəf edərkən əməliyyatlarda iştirak edib. Rusiya tərəfinin məlumatına görə nəticələr kifayət qədər yüksək olub. "Buk" kompleksi də ən təsirli hava müdafiə sistemlərindən biridir. Bəs baş verənlər nədir?

İsrail tərəfinin zərbədən öncə ərazidə PUA vasitəsilə ərazinin ətraflı kəşfiyyatını apardığı şübhəsizdir. Hava kəşfiyyatı "Pantsir S-1" ZRTK-nin atəş müvqeyinin koordinatlarını aşkar etməyə imkan verib. Kadrlardan göründüyü kimi kompleks hərbi bazanın və ya aerodromun uçuş-enmə zolağının yaxınlığında açıq ərazidə, maskalanmadan dayanır. Ətrafda görünən insanların ZRTK-nin ekipajı olduğu güman edilir. Raket komleksə yaxınlaşanda bir nəfər (Suriya Ordusunun zabiti olduğu ehtimal olunur) maşına tərəf qaçır, lakin o, maşına raket ilə birgə yetişir. Bu komplekslər raket hücumunu qeydə alaraq siqnal verir. Bu siqnalı eşidən ekipaj üzvlərindən sadəcə bir nəfər nəsə etmək istəsə də, o bunun həyatı bahasına başa gəldi. Tək bu fakt kompleksin aktiv olmadığı iddialarını rədd edir.

İsrail tərəfi ekipajın kənarda olduğu zaman zərbə endirərək zəmanətli məhvetməni təmin etməyi planlaşdırıb və uğurla həyata keçirib. Daxilində generalların da olduğu bəzi yüksək çinli ekspertlər "Pantsir S-1" döyüşə hazır deyildi, kompleks passiv rejimdə idi. Ola bilsin sursat yüklənirdi, ona qəfildən hücum edildi. Ekspertlər "bu, arxadan zərbə idi, o cümlədən heyəti 24 saat kompleksin daxilində saxlamaq mümkün deyil və s." kimi absurd ifadələrlə hadisələrə şərh vermək istədilər.

Onların şərhlərinə bir neçə sualla aydınlıq gətirək:

1. 7 il müharibə gedən bir ölkədə HHM kompleksinin döyüşə hazır olmaması nə deməkdir?
2. Hər gün ABŞ, İsrail, Türkiyə və Koalisiya qüvvələri tərəfindən zərbə endirilməsi mümkün olduğu halda ən təsirli hesab edilən HHM kompleksinin atəş mövqeyində passiv rejimə keçirilməsini izah edə biləcək "Napaleon" varmı?
3. Əzəli rəqib olan İsrail sərhədləri yaxınlığında maskalanma rejiminin heç bir tələbinə əməl etmədən ZRK-nın atəş müvqeyinə yerləşdirilməsi, ekipajın döyüş növbətçiliyindən kənarlaşması, stansiyanın passiv rejimdə olması və s. hər biri ayrı-ayrılıqda intihara bərabərdir.
4. Sursat yüklənməsi döyüş növbətçılyinə təyin olunanda həyata keçirilməlidir. Düşmən hücumunu dəf edərkən istifadə edilən sursat dəstinin bərpası döyüş növbətçiliyinə ara vermədən həyata keçirilir.
5. Hansı müharibədə hücum qəfidən olmur? İsrail tərəfi isə bütün hücumları barədə daim xəbərdarlıq edir. Hər dəfə də İranın Suriyada hərbi iştirakını qəbul etməyəcəyini deyir.
6. Kompleksin bu qədər açıq mövqedə yerləşdirməsi, əsas, ehtiyat və saxta atəş mövqelələrinin olmaması, müdafiə mövqeyini mühəndis təminatı, maskalanma və digər taktiki tədbirlərin həyata keçirilməməsi cavabdeh komandirlərin və məsləhətçilərin səviyyəsindən xəbər verir.
7. 24 saat texnikada olan şəxsi heyət dəyişdirilməlidir. Buna görə də döyüş növbətçiliyi anlayışı var.
8. Suriya Ordusunun HHM sistemi tək "Pantsir"dən ibarət deyil. Digər komplekslər niyə cavab tədbirləri görmədilər?
9. Arxadan zərbə sayına toxunmuram. Bu iddianı irəli sürənlər İsrailin Baş naziri Netanyahunun paradda iştirakı zamanı Rusiyadan S-300 komplekslərinin Suriyaya verilməməsi barədə zəmanət aldığına işarə edirlər. Rusiya onsuz da bu kompleksləri Suriyaya vermək fikri yoxdur. Səbəbi yazının gedişatında məlum olacaq.

Əvvvəlki hücumlarda 70% ABŞ qanadlı raketlərinin hücumunu dəf edilməsi ilə bağlı açıqlamalara bu gün də inanmıram. Son hücumda İsrail tərəfi 28 ədəd F-15 və F-16 təyyarəsindən 70 raket buraxdı. ABŞ və müttəfiqləri də dəfələrlə çoxsaylı hava hücumu gerçəkləşdirib. Çoxsaylı hücumlar zamanı qırıcıların məhv edilməməsi ümumilikdə Suriyanın HHM sisteminin effektivliyini sual altında qoyub.

Bir neçə gün əvvəl "Pantsir S-1" komplekslərinin bütün hava hədəflərinə qarşı uğurla mübarizə apardığı iddia edilən kompleksin, TƏİRK-ə qarşı mübarizəyə yaramadığı bildirilir. Başa düşə bilmirəm ki, belə bir bahalı kompleksi layihələndirənlər və istehsal edənlər rəqiblə hansı sistemlərdən atəş aça biləcəyi ilə bağlı müqavilə bağlayıblar? Bu kompleksin həm təsnifatına, həm də qabaritlərinə görə, TƏİRK-in hücumuna məruz qalacağı gün kimi aydındır. Atəş məsafəsinin cəmi 16 km olması onu ön xəttdən çox da geridə yerləşdirməyə imkan vermir.

Ümimiyyətlə, ZRK-nın ən həssas detalı şüalanma mənbəyi olan RLS hesab edilir. 50 ilə yaxındır ki, İsrail də daxil olmaqla bir çox ordularda şüalanma mənbəyinə tuşlanan "hava-RLS" raketləri mövcuddur. 70-ci illərdə İsrail bu raketlərlə Misir HHM sisteminin əsasını təşkil edən SSRİ istehsalı olan komplekslərini rahatlıqla sıradan çıxarırdı. Sonradan hədəfləri aşkaretmə və tuşlama RLS-ni atıcı qurğu ilə eyni maşında yerləşdirərək yeni kompleks yaratdılar. Bu isə Misirdə baş verən fiaskonun müvəqqəti olsa da nisbətən qarşısını aldı. İndi isə dəfələrlə İsrail tərəfindən HHM və HHQ-nin əksəriyyəti məhv edilən Suriya yenə də oxşar vəziyyətlə qarşılaşdı. Yeni sistemlərlə təchizata, bəzi müasir komplekslərdə ekipaj kimi fəaliyyət göstərən iranlı və rusiyalı məsləhətçilər də kömək etmirlər.

Digər bir versiyaya görə, Suriya ərazisindəki məhv edilən hədəflərə hücum zamanı İsrailin 30 il məxfi saxladığı "Pereh" tanklarından da istifadə edilə bilərdi. Bu tankların yeganə silahı 25 km atəş məsafəsinə sahib "Spike" NLOS universal raketləridir. Təxminən 145000 dollar dəyərində olan raketlərin artıq qırıcılardan buraxılması təsdiq edilib. Gələcək yazılarımızda bu tank ilə bağlı ətraflı məlumat verəcəyik.

NLOS raketinin çəkisi 71 kq, uzunluğu 1,5 m, uçuş sürət 130-180 m/saniyədir. Hava, su və yerdən buraxıla bilən müxtəlif təyinatlı variantlarda istehsal olunur. Raket səthinin əks olunması əmsalı elan olunmasa da, onun təxminən 0,03 kv. metrdən çox olmadığı ehtimal edilir.

Açıqlanan məlumatlarda, "Pantsir S-1" ZRK-nın 1200 m/s sürətlə hərəkət edən 0,01 kv. metr səth əks olunma əmsalına malik raketləri, yəni azından 6-7 dəfə sürətli raketləri ələ keçirərək məhv edə bildiyi açıqlanır. Digər tərəfdən "Pantsir S-1" raketlərlə bərabər zenit topu ilə də (buna görə də zenit raket top komleksi adlanır) atəş aça bilir. Bu vəzifələri yerinə yetirmək üçün çox yüksək hazırlığı ekipaj da tələb olunmur. Orta səviyyəli mütəxəssislər bu vəzifələrin öhdəsindən gələ bilir. "Spike" NLOS raketinin top atəşi ilə məhv edilməsinə gəldikdə isə bunun cox yüksək səviyyəli ekipaj və ya tuşlayıcı operator tərəfindən həyata keçirilməsi nəzəri olaraq mümkündür, lakin praktik olaraq hələlik heç kimə nəsib olmayıb.

Hər bir ölkənin HHM sistemi onun hərbi doktrinasına, yerləşdiyi coğrafi əraziyə, ehtimal olunan düşmənin fəaliyyət xarakterinə uyğun olaraq qurulur. Burada dairəvi, çoxeşalonlu və ya təhlükəli istiqamətlərdə əsas qüvvələrin cəmləşdirilməsi, yaxın, orta və uzaq mənzilli müxtəlif çeşidli ZRK vasitələrinin qarşılıqlı əlaqə nəticəsində sektorları müdafiə etməsindən istifadə edilə bilər.

Hazırda "Pantsir S-1" də daxil olmaqla, müasir ZRK-da havada vəziyyətə daim nəzarət edən və batareyanın mövqeyini bildirməyən RLS-dən istifadə edilir. Burada kompleksin döyüş vəziyyətinə gətirilmə vaxtı da önəmlidir. Burada əsas amil hücum barədə xəbərdarlıq zamanı kompleksin döyüş vəziyyətinə gətirilmə sürətidir. "Pantsir" üçün 5, "Tor" və "Buk" üçün 2-3 dəqiqə yetərlidir. Nəticə etibarı ilə bunlar yaxşı göstərici hesab olunur.

Suriyada HHM sistemində REM vasitələrindən istifadə edilməməsi və ya səmərəsiz istifadə edilməsi də diqqəti cəlb edir. Suriya ərazisi çoxeşalonlu HHM sistemini tətbiq etməlidir. Radotexniki kəşfiyyat və REM vasitələri daim aktiv rejimdə fasiləsiz olaraq hava məkanına nəzarət etməlidir. Döyüş zonalarına yaxın bölgələrdə əsas qüvvələri cəmləşdirərək hava kəşfiyyat məntəqələrinin, PUA və uzaq mənzilli RLS aşkaretmə təyyarələrindən geniş istifadə edilməlidir. Bu elementlər və ciddi intizam olmadan Suriyanın HHM-ni təşkil etmək çətin olacaq. Suriyalı HHM üzrə mütəxəssislərin Rusiyada hazırlandığını, texnologiyanın və vasitələrin də Rusiyadan gətirildiyni nəzərə alsaq, baş verən hadisəyə səbəbin insan faktoru olduğunu deyə bilərəm.

İlk növbədə müasir komplekslər Mərkəzi İdarəetmə Məntəqəsinə ekipajin fəaliyyət rejimi, yerləşmə koordinatları və sursat ehtiyatı ilə bağlı məlumatı avtomatik göndərməlidir. Yuxarı komandanlıq bu məlumatlar əsasında ekipaja göstərişlərini verərək, səhv və çatışmamazlıqların vaxtında aradan qaldırılmasına nail ola bilər.

İstənilən halda "Pantsir S-1" ZRK-nın ona həvalə edilən ümidləri doğrultmaması ilə bağlı iddia irəli sürmək hələ tezdir. Konkret vəziyyətdə ekipaj və komandanlığın məsuliyyətsizliyi şübhəsizdir. Cəmi 10 gün əvvəl İsrail HHQ-nin raket zərbəsi endirdiyini, cavab olaraq bir gün əvvəl İran ərazisindən 20 raketin İsrail tərəfə buraxılmasını və İsrailin aşkar bəyanatlarının diqqətə alınmaması şahidi olduğumuz hadisələrə gətirib çıxardı. Suriya Ordusunda olan boşluqların, İsrailin isə kifayət qədər geniş çeşidli ZRK əleyhinə raketlərinin mövcudluğu Rusiyanın bu ölkəyə S-300 kompleksinin tədarükünə də imkan vermədi. Bir hücumda məhv edilən komplekslər siyahısında S-300 komplekslərinin də yer alacağı təqdirdə Rusiya müdafiə sənayesinin nüfuzunu düşünmək belə istəmirəm. Bu baxımdan, Rusiyanın Suriyaya S-300 ZRK verməməsini doğru addım hesab etmək olar. Digər tərəfdən, Qələbə Paradına qatılan iki rəhbərdən biri olan İsral Baş nazirini də müttəfiq kimi itirmək Rusiyanın maraqlarına uyğun deyil. Onsuz da Suriyaya hansı silahı versələr belə İsrailə qarşı ciddi nailiyyətin əldə ediləcəyi inandırıcı görünmür.

İsrail-Suriya-İran arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu və Dəməşqin silahlanmasında 40-a yaxın belə komplekslərin movcudluğunu nəzərə alarsaq deyə bilirək ki, gələcəkdə təkrarən "Pantsir S-1" komplekslərinin döyüşdə tətbiqi ilə qarşılaşa bilərik.

Bütün bunlarla yanaşı çox sayda açıqları olan Suriyanın HHM sistemi tək bu "Pantsir S-1" kompleksindən ibarət deyil. Komplekslər müstəqil halda hava hücumundan müdafiəni təşkil edə bilməz. Təbii ki, bütün ZRK-lar bölmələrin, hissələrin və qruplaşmaların tərkibində fəaliyyət göstərirlər. Hətta bir generalın dediyi kimi, "Pantsir"in səfər vəziyyətində olduğunu nəzərə alsaq belə, yenə də onu qarşılıqlı əlaqədə olduğu digər HHM vasitələri, qırıcı təyyarələr, zenit artilleriyası, REM vasitələri və s. rəqibin hava hücumundan qorumalı idi. Bu elementar qarşılıqlı əlaqə tədbirlərini üst qərargahlar həyata keçirməlidir, lakin bu da mövcud deyildi. HHM sisteminə belə bir soyuq münasibət olduqda isə Sizə heç bir "Pantsir", "Triumf", "Tor" və s. müasir kompleks kömək edə bilməz. Bəzən istehsalçıların vəd etdikləri texniki xüsusiyyətlərə baxaraq istənilən düşməni istənilən vaxtda, istənilən şəraitdə darmadağın edəcəyini düşünənlər yanılırlar. Bu o zaman mümkündür ki, ekipajın hazırlığı və intizamı yüksək səviyyədə olmaqla yanaşı HHM sistemi düzgün təşkil edilsin, əlaqələndirilsin və eşalonlaşdırılsın.

Nəhayət, dünyada "məhv edilməyən" zenit raket kompleksi və ya zenit raket sistemi hələ ki, yoxdur. Hər birinin də üstünlükləri və mənfi cəhətləri mövcuddur. Əslində bir ZRK itirmək Suriyanın digər itirdikləri qarşısında ciddi bir rəqəm və ya silah deyil. Əsas məsələ bu tip komplekslərin nüfuzunun itirilməsindən ibarətdir. Bu komplekslər üçün qapıda xeyli gözləyən müştəri var.

İstənilən halda yaxşı silaha sahib olmaq azdır, onu işlədəcək baş daha vacibdir.

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Pantsir-S1   Suriya   İsrail-İran  

Suriyada "Buk" və "Pantsir" ZRTK-nin məhvində günahkar kimdir? – ANALİZ

2018/05/6_1526301593.jpg
Oxunub: 3050     20:26     14 May 2018    