“Lockheed Martin” ABŞ HHQ üçün hipersəs döyüş sursatı hazırlayır

2018/04/345345345_1524655588.jpg
Oxunub: 3176     19:25     25 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələri HCSW döyüş hissəsi ilə təchiz olmayan aviasiya bazalı hipersəs döyüş sursatının istehsalı üzrə “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin”in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin potensial qiyməti 928 milyon dollar təşkil edir. Razılaşma layihələndirmə, istehsal, sistem inteqrasiyası, hipersəs döyüş sursatının uzaq məsafələrdə sınaqdan keçirilməsi, logistikanın planlaşdırılması, təyyarələrin gövdəsində bütün sistem elementlərinin inteqrasiyasının dəstəklənməsini özündə ehtiva edir.

Müqavilə 3 təklif nəzərdə keçirildikdən sonra imzalanıb. İşlər şirkətin Alabama ştatının Hantsvil zavodunda həyata keçiriləcək. İşlərin həyata keçirilmə müddəti açıqlanmayıb.

Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   ABŞ   HHQ  


Bizi "telegram"da izləyin