Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sistemin hər bir döyüşçünün ətrafında çox qısamənzilli kommunikasiya şarı yaratmağı planlaşdırılır.
“Şarda əsgər” adlanan layihənin məqsədi əsgərlərin istifadə etdiyi cihazları bir-biri ilə əlaqələndirən kommunikasiya şəbəkələrinin aşkarlanmasını daha da çətinləşdirmək və təhlükəsizliyi möhkəmləndirməkdir.
Sistem radio tezlikli dalğalar əvəzinə yaxın çevrə maqnit dalğalarından istifadə edəcək. “Raytheon” şirkətindən edilən açıqlamaya görə, sistem təxminən 6 futluq ərazini əhatə edəcək ki, bu da düşmənin onu aşkarlamasını az qala mümkünsüz edəcək.
Ağalar Ağalarlı
Ordu.az