S-400-lər üçün hazırlanan 40N6-lar tezliklə xidmətə daxil ola bilər

2018/04/s-400_missile_48n6e356_1523256563.jpg
Oxunub: 2917     14:52     09 Aprel 2018    
Rusiyanın S-400 “Triumf” havadan müdafiə sistemi üçün hazırlanmış yeni yer-hava raketi olan 40N6 tezliklə istifadəyə verilə bilər.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrin baş komandanlığında olan mənbələr bildirib.

Mənbələrin məlumatına görə, raketlərin sınaqlarının qarşıdakı iki ay ərzində həyata keçirilməsi gözlənilir. Bundan sonra yay ərzində təcrübi istifadə üçün havadan müdafiə bölüklərinə paylana bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   40N6  


Bizi "telegram"da izləyin