Ukrayna hərbçiləri xüsusi zirehli dəbilqələrlə təchiz olunublar

2018/03/1152_1522240953.jpg
Oxunub: 4526     20:39     28 Mart 2018    
Ukrayna Quru Qoşunlarının hərbi qulluqçuları yeni “Kaska-1M” zirehli dəbilqəsi ilə təchiz ediliblər.

Ordu.az Zn.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvləri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, sınaq məqsədilə hələlik hərbçilərə 15 ədəd dəbilqə verilib. Nəticələrdən müsbət olarsa, yeni dəbilqələrlə təchiz edilən əsgərlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq.

“Kaska-1M” artilleriya mərmiləri, mina və qumbara, qəlpə, 9 millimetrlik tapança gülləsi, zərbə dalğası və hündürlükdən yıxılmadan mühafizə etmək qabiliyyətinə malikdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kaska-1M  


Bizi "telegram"da izləyin