Ukrayna “Uraqan” sisteminin modernləşməsini həyata keçirib – VİDEO
Oxunub: 3552
00:32
28 Mart 2018
Ukraynanın Şepetovski adına təmir zavodunda SSRİ istehlsalı olan “Uraqan” kütləvi yaylım atəşi sisteminin modernləşməsini həyata keçirib.
Ordu.az Rg.ru saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi sənaye kompleksindən olan mənbələr məlumat yayıb.
Sistemdə ən radikal dəyişiklik Kraz-63221 dizel mühərrikli ZİL-135LM şassisinin dəyişdirilməsi olub.
O cümlədən sistemə atəşin müasir idarəetməsi sistemi, naviqasiya avadanlıqları da quraşdırılıb.
Hərbi ekspertlərin fikrincə, “Uraqan” kütləvi yaylım atəşi sisteminin modernləşdirilməsi prespektivsiz işdir və belə fəaliyyətdənsə yeni silahlar almaq daha məqsədəuyğundur.