Ordu.az Vestifinance.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bəyan edib.
“Rusiya müdafiə nazirinin səfəri çərçivəsində Rusiya və Myanma 6 ədəd Su-30 qırıcısının alınması barədə razılığa gəlib. Təxmin edirik ki, Su-30 Myanma Hərbi Hava Qüvvələrinin əsas qırıcısı olacaq və bundan ərazi bütövlüyünün qorunması, terror təhlükələrinin qarşısının alınması üçün istifadə ediləcək”, - deyə Fomin bildirib.
Fomin qeyd edib ki, Rusiya silahları artıq bunadək Myanma Silahlı Qüvvələrində özünü yaxşı göstərib.
“Buraya əsasən Mi-24, Mi-35, həmçinin MiQ-29, Yak-130 təlim-döyüş təyyarələri, “Peçora-2”, zenit raket kompleksləri və digər texnika aiddir”, - deyə general bildirib.
Ağalar Qəribov
Ordu.az