Sinqapur Almaniyaya daha iki sualtı gəmi sifariş verib

2018/01/1516186314_4260002_original_1516206599.jpg
Oxunub: 3992     01:09     18 Yanvar 2018    
Yaxın illər ərzində Sinqapur Hərbi Hava Qüvvələri ciddi şəkildə genişlənəcək və Almaniyaya iki yeni sualtı gəminin sifariş verilməsi bunu təsdiq edir.

Ordu.az xəbər verir ki, bu barədə Navaltoday.com saytı məlumat yayıb.

Artıq sifarişlərin edildiyi “Thyssen Krupp Marine Systems” şirkətində 218SG tipli iki ədəd yeni sualtı gəmi üçün poladın təntənəli kəsilmə mərasimi də baş tutub.

Tədbir şirkətin Almaniyanın Kil şəhərində yerləşən tərsanəsində baş tutub. Dəmirkəsənin işəsalma düyməsini simvolik işə salmanı isə Sinqapur Elmi-Texniki Müdafiə Agentliyinin direktoru Tan Pen Yam və “Thyssen Krupp Marine Systems” şirkətinin baş direktoru Rolf Virts icra ediblər.

Gəmilərin 2024-cü ildə Sinqapura təhvil verilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   Almaniya   Sualtı  


Bizi "telegram"da izləyin