"Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz" - Conatan Lakot

2017/12/546456_1513078563.jpg
Oxunub: 600     19:34     12 Dekabr 2017    
"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jonatan Lakot bildirib.

Onun sözlərinə görə, Ermənistanda olduğu 2 ay ərzində təmas xəttində əsgərlərin ölüm faktları qeydə alınıb.

"Bu bizi narahat edən münaqişədir. Güc tətbiq etməməklə münaqişənin həllinə nail olmaq üçün Fransa əlindən gələni edir. Fransa Minsk qrupu çərçivəsində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə qəti qərarlıdır.

Bu münaqişəni Fransa hakimiyyəti yüksək səviyyədə izləyir. Ancaq münaqişənin razılaşdırılmış və uzunmüddətli həllini tapmaq tərəflərdən asılıdır", - deyə diplomat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Fransa  


Bizi "telegram"da izləyin