Ermənistan müdafiə nazirliyində növbəti mənimsəmə FAKTI

2017/11/JFY0T3TLjnNArRFObvh6L9yEOk456456_1511935880.jpg
Oxunub: 395     14:09     29 Noyabr 2017    
Ermənistan müdafiə nazirliyinin vəzifəli şəxsləri tərəfindən sui-istifadə halları davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbi hissələrindən birinin əşya və ərzaq xidməti rəisi Rafiq Qevorkyana qarşı ittiham irəli sürülüb.

Buna səbəb onun əşya və ərzaq anbarı rəisi Aşot Abrahamyanla əvvəlcədən razılığa gələrək, 26 iyun 2017-ci il saat 20:00-dan saat 23:30-dək olan müddət ərzində əşya anbarından mənimsəmə məqsədilə əmlakı ələ keçirməsidir. Bununla da büdcəyə 1 milyon dram (3515 AZN) ziyan vurulub.

Xatırladaq ki, hərbi hissənin əşya və ərzaq xidməti rəisi Rafiq Qevorkyan həbs edilib. Lakin həmin hərbi hissənin əşya və ərzaq anbarı rəisi Aşot Abrahamyan ölkəni tərk etməməsi barədə imza qarşılığında azad edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin