Cocuq Mərcanlıda təmizlənən ərazi ilə bağlı açıqlama - FOTOLAR

2017/11/anama_28112017_(2)_3023700112.jpg
Oxunub: 450     14:19     28 Noyabr 2017    
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 66 535 kv.m (6.65 ha) ərazi tam təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, 8 100 kv.m (0.81 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 74 635 kv.m (7.46 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

11 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 243 235 kv.m (24.32 ha) ərazi tam təmizlənib, 66 700 kv.m (6.67 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 309 935 kv.m (30.99 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 27 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində müxtəlif əraazilərə baxış keçirilib, 7525 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 063 227 kv.m ərazi yoxlanılıb.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  


Bizi "telegram"da izləyin