Rusiya XİN: KXDR və ABŞ yol xəritəsindən imtina etməyiblər

2017/11/1505534112635_1511762287.jpg
Oxunub: 450     13:55     27 Noyabr 2017    
“Vaşinqton və Pxenyanın Rusiyanın tənzimlənmə üzrə yol xəritəsindən imtina etməyiblər, Moskva onlarla planın ayrı-ayrı bəndləri üzrə danışıqlar aparır, lakin ABŞ və müttəfiqləri onun realizəsini çətinləşdirirlər”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov Seul səfəri çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.

“Biz bu xəritənin məzmununu həm ABŞ-a, həm də KXDR-ə, çatdırdıq. Demək istəyirəm ki, hətta “kəndardan belə” bu plan nə Vaşinqton, nə də Pxenyan tərəfindən imtina edilməyib”, - deyə Morqunov bildirib.

Rusiyalı siyasətçi həmçinin bildirib ki, planın müxtəlif maddələri ABŞ və Pxenyanla ayrı-ayrılıqda müzakirə edilib.

“Bu sahə üzrə işlər başlanıb və təəssüf ki, ABŞ tərəfindən oktyabr-noyabr aylarında həyata keçirilən planlaşdırılmamış təlimlər bizim xəritə əsasında tənzimlənmə üzrə dialoqumuzu çox böyük ölçüdə çətinləşdirir”, - deyə Morqulov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin