Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri Yaponiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Bununla belə, onların sağ qalıb-qalmamaları barədə bir söz deyilmir.
Xatırladaq ki, aviaqəza Fillipin dənizində yerləşən Okinava adasının cənub-şərq hissəsində yerli vaxtla saat 14:45-də (Bakı vaxtı ilə 9:45-də) baş verib. Hava gəmisi “Ronald Reyqan” təyyarə daşıyıcısına uçmalı idi.
Yaponiyanın müdafiə naziri İsunori Onodera bəyan edib ki, qəzanın səbəbi mühərrikdə yaranan problemlər ola bilər.
*****
ABŞ Hərbi Dəniz Qüvvələrinin hava gəmisi Sakit okeanda yerləşən Yaponiyanın Okinava adasının sahillərində qəzaya uğrayıb.
Ordu.az “İzvestiye” nəşrinə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ 7-ci operativ donanmasının komandanlığının verdiyi məlumata görə, təyyarənin göyərtəsində 11 nəfər var idi.
Bildirilir ki, hava gəmisi bu rayonda yerləşən “Ronald Reyqan” təyyarə daşıyıcısı istiqamətində uçurdu.
Kreyser göyərtəsinin aviasiyası axtarış-xilasetmə əməliyyatı yerinə yetirir. Qəzanın səbəbi hələ məlum deyil.
Ağalar Qəribov
Ordu.az