Türkiyəli ekspert ABŞ-ın Suriyada taktikasından danışıb

2017/11/orig-1511308925dbeec0a99f47f598b95caba3b4330927456456_1511337623.jpeg
Oxunub: 514     15:59     22 Noyabr 2017    
“Birləşmiş Ştatlar əslində Suriyada müharibənin aparılması taktikası olan fəaliyyətini terrorizmlə mübarizə kimi qələmə verməyə çalışır”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert və jurnalist Kərəm Yıldırım bəyan edib.

Ekspertin fikrincə, hazırda Vaşinqtonun əsas narahatçılığı Rusiyanın Suriyada böyük uğurlar qazanması ilə bağlıdır.

O, ABŞ-ın davranışını standart müharibənin aparılması təcrübəsi adlandırıb.

“Müharibənin sonlarında peyda olmaq, sonra isə terrorizmə qalib gəldiyini bəyan etmək...”, - deyə Yıldırım ABŞ-ın Suriyadakı fəaliyyətini xarakterizə edərkən bildirib.

Ekspert qeyd edib ki, Birləşmiş Ştatlara heç bir halda terrorizmə onların deyil, Suriya qoşunlarının Rusiyanın dəstəyi ilə qalib gəldiyini demək olmaz, yoxsa onlardan xoş olmayan addımlar gözləməli olarıq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin