Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Afrika komandanlığı məlumat yayıb.
Məlumata görə, aviazərbə dünən yerli vaxtla saat 10:30-da Somali hökumət qüvvələrinin hərbçiləri ilə birlikdə endirilib. Nəticədə “Əş-Şəbab” qruplaşmasının 100-dən çox üzvü məhv edilib.
Xatırladaq ki, ABŞ HHQ noyabrın əvvəllərində də terrorçuların mövqelərinə bir neçə aivazərbə endirib.
Ağalar Qəribov
Ordu.az