Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sebiya prezidenti Alekrandr Vuçiç Rusiya Federasiya Şurasının spikeri Valentik Matviyenko ilə görüşü zamanı bəyan edib.
“Mən bu yaxınlarda Brüssel görüşündə bəyan etdim ki, Serbiya hərbi planda neytral qalacaq”, - deyə Vuçiç bu gün bildirib.
O, həmçinin qeyd edib ki, Serbiya Rusiyaya, Rusiya xalqına MiQ-29 hərbi təyyarələrinə görə minnətdardır.
“Serbiya bunun sayəsində daha təhlükəsiz dövlət olaraq qalır”, - deyə Serbiya prezidenti vurğulayıb.
O, həmişə Belqradla Moskva arasında əməkdaşlıq səviyyəsini yüksəltmək imkanından əmin olduğunu bildirib.
Serbiya rəhbəri qeyd edib ki, Belqrad Rusiyaya qarşı olan sanksiyaları dəstəkləmir.
“Mühüm bir qeyd etmək istəyirəm: Serbiya rus xalqına qarşı heç bir sanksiya qəbul etməyib və etməyəcək”, - deyə Vuçiç bəyan edib.
Ordu.az